Vətən müharibəsi şəhidinin Hədiyyəsi gəldi - FOTO

21:19 07-01-2021 216

Vətən müharibəsi şəhidi, gizir Sehran Vəliyevin qız övladı dünyaya gəlib.

"Report"un Muğan bürosu xəbər verir ki, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında dünyaya göz açan şəhid övladına simvolik olaraq Hədiyyə adı verilib.

Körpə bu gün rayonun ictimaiyyət nümayəndələrinin iştirakı ilə xəstəxanadan evə aparılıb.

H.Vəliyeva şəhidin sayca üçüncü övladıdır.

Qeyd edək ki, Sehran Nizami oğlu Vəliyev İkinci Qarabağ müharibəsi zamanı Füzuli istiqamətində düşmən cəbhəsinin yarılmasında qəhrəmanlıq nümayiş etdirib. Azərbaycan Ordusunun gizir kəşfiyyatçısı oktyabrın 2-də torpaqların işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşərək şəhid olub.

Onun nəşi doğulduğu Biləsuvar rayonunun Nəsimi kəndində torpağa tapşırılıb.