Azərbaycan əhalisinə vurulacaq koronavirus peyvəndləri hansı meyarla seçiləcək?

21:22 07-01-2021 216

“Bu gün koronavirusla mübarizədə bütün ümidimiz vaksinasiya ilə əlaqəlidir. Artıq bir ildir ki, bu xəstəliklə yaşayırıq”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, yayda ölkədə COVID-19-a yoluxmanın sayında artım olan zaman bu xəstəliyi keçirənlər arasında təkrar yoluxma halları müşahidə edilib:

“Yoluxub, heç bir immuniteti yaranmayan insanlar oldu. Buna görə koronavirusa qalib gəlmək üçün vaksin mütləqdir. Biz Türkiyəyə səfər etdikdə, peyvənd vurduran insanlarla görüşdük və ümidlərimiz artdı”.

O qeyd edib ki, vaksinin seçimində əsas xüsusiyyət onun təhlükəsizliyi və effektivliyidir:

“Hazırda hansı peyvənlərin insanlara vurulması müzakirə olunur. Yaxın vaxtlarda bu barədə açıqlama veriləcək”.