Qazaxda 7 milyon 689 min 705 manat məbləğində 34 tender keçirilib
2020-cu ildə Qazax rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 7 milyon 689 min 705 manat məbləğində 34 tender keçirilib.
FED.az-ın məlumatına görə, İcra hakimiyyəti 10 tenderə 2 milyon 080 min 802 manat xərcləyib. Qazax Rayonun İcra Hakimiyyətinin keçirdiyi ən böyük tenderin qalibi "AZƏRTRANSS" MMC (1 milyon 029 min 642 manat) olmuşdur. "AZƏRTRANSS" MMC eyni zamanda 10 tenderdən 4-nün qalibidir.
Qazax Rayon Mərkəzi Xəstəxanası 6 tender keçirib ki, məbləği 5 milyon 115 min 466 manat təşkil edir. Ən böyük həcmli tenderin qalibi isə " ""44 PIaza"MMC (4 milyon 946 min 536 manat) olmuşdur.
Qazax Müalicə Diaqnostika Mərkəzi 2020-ci ildə 11 tender keçirib ki, qaliblərə 222 min 052 manat ödənilib. Ən böyük tenderin qalibi "TİİM" MMC (62 min 962 manat) olmuşdur.
FED.az 2020-cu ildə Qazax Rayonunda keçirilən tenderləri təqdim edir.