Kəmaləddin Heydərovun oğlanlarının Londondakı şirkətləri bağlanır – FOTOFAKT + SİYAHI

21:27 07-01-2021 351

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlanları Tale və Nicat Heydərovlar tərəfindən 2011-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda təsis olunan “Cafe Baku Limited” və "Azerbaijan Juices Limited” şirkətləri ləğv olunur.

Yeniavaz.com xəbər verir ki, Londonda “Lime Street 52” ünvanında yerləşən şirkətlər 14 gün əvvəl ləğv olunduğunu elan edib və hazırda ləğvetmə prosesi davam edir.

Qeyd edək ki, hazırda hər iki şirkətə Böyük Britaniya vətəndaşı olan 57 yaşlı Gillian Ralston Jordan rəhbərlik edir.

Kəmaləddin Heydərovun böyük oğlu Tale Heydərov 2011-2015-ci illərdə "Cafe Baku limited”, 2009-2015-ci illərdə isə  "Azerbaijan Juices Limited” şirkətlərinə rəhbərlik edib.

FHN nazirinin kiçik oğlu Nicat Heydərov isə 2011-2015-ci illərdə "Cafe Baku limited”, 2009-2015-ci illərdə isə  "Azerbaijan Juices Limited” şirkətlərinə rəhbərlik edib.

Məlumat üçün bildirək ki, vaxtı ilə Londonda Tale və Nicat Heydərov qardaşlarının rəhbərlik etdiyi şirkətlərin əksəriyyəti bağlanıb. Hazırda yalnız iki şirkət - “United Enterprises İnternational Limited” və “Uei Restaurants Limited” şirkətləri öz fəaliyyətlərini davam etdirirlər. "Uei Property (UK) Limited” şirkəti isə 5 il əvvəl öz fəaliyyətini dondurub. Digər şirkətlərdə olduğu kimi bu şirkətlərə də Gillian Ralston Jordan rəhbərlik edir.

Nazir oğullarının rəhbərlik etdikləri şirkətlər bunlar olub:

Adı Tale Heydərovun direktor olduğu dövr Nicat Heydərovun direktor olduğu dövr Statusu
"Cafe Baku limited” 13 Oktyabr 2011 –
2 Yanvar  2012
13 Oktyabr 2011 - 5 Fevral 2015 Ləğv prosesindədir
"Uei Property (UK) Limited” 22 Mart 2011 –
1 Aprel 2013
22 Mart 2011 –
5 Fevral 2015
5 il əvvəl dondurulub
 
"Uei Caspian Caviar Limited” 26 Martl 2009 –
1 Yanvar 2012
26 Mart 2009 – 25 İyun 2013 25 İyun 2013-cü ildə ləğv olunub
"Uei Cay Limited” 26 Mart 2009 –
1 Yanvar 2012
26 Mart 2009 – 25 İyun 2013 25 İyun 2013-cü ildə ləğv olunub
"Azerbaijan Carpets Limited” 26 Mart 2009 –
1 Yanvar 2012
26 Mart 2009 – 25 İyun 2013 25 İyun 2013-cü ildə ləğv olunub
"Azerbaijan German Consultancy Company Limited” 26 Mart 2009 –
1 Yanvar  2012
26 Mart 2009 - 25 İyun 2013 25 İyun 2013-cü ildə ləğv olunub
"Azerbaijan Juices Limited” 26 Mart 2009 –
31 Yanvar 2012
26 Mart 2009 –
5 Fevral 2015
Ləğv prosesindədir
"United Enterprises İnternational limited” 6 Oktyabr 2008 –
31 Yanvar  2012
6 Oktyabr 2008 - 5 Fevral 2015 Aktiv
"The European Azerbaijan Society” 2 İyul 2008 –
15 May 2013
8 İyul 2008 –
15 May 2013
30 Aprel 2020- ci ildə ləğv olunub
“Uei Restaurants Limited” 26 İyul 2010 –
31 Yanvar 2012
26 İyul  2010 – 5 fevral 2015 Aktiv
“Uei Restaurants Global Food Limited” 12 Avqust 2013 –
11 Oktyabr 2016
- 11 Oktyabr 2016- cı ildə ləğv olunub