Lənkəranda 2 milyon 662 min 615 manat məbləğində 38 tender keçirilib

18:58 09-01-2021 189

2020-cu ildə Lənkəran rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 2 milyon 662 min 615 manat məbləğində 38  tender keçirilib.

FED.az-ın məlumatına görə, İcra hakimiyyəti 7 tenderə 1 milyon 973 min 315 manat xərcləyib. Lənkəran Rayonun İcra Hakimiyyətinin keçirdiyi ən böyük tenderin qalibi LƏNKƏRAN YOL TİKİNTİ ASC (790 min 256 manat) olmuşdur.

Lənkəran Rayon Mərkəzi Xəstəxanası 5 tender keçirib ki, məbləği 117 min 847 manat təşkil edir. Ən böyük həcmli tenderin  qalibi isə " ""44 PIaza"MMC (48 min 179 manat)  olmuşdur.

Lənkəran Müalicə Diaqnostika Mərkəzi  2020-ci ildə 5 tender keçirib ki, qaliblərə 95 min 276 manat ödənilib. Ən böyük tenderin qalibi  "A4 Plaza" MMC (30 min 799 manat) olmuşdur.

FED.az 2020-cu ildə Lənkəran Rayonunda keçirilən tenderləri təqdim edir.

imageimage