İsa Həbibbəyli vəzifəsindən azad edildi 

19:07 09-01-2021 162

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin tərkibinin formalaşdırılması istiqamətində birinci vitse-prezident vəzifələri ləğv olunaraq, yalnız bir vitse-prezident vəzifəsi təsis olunub. Bu barədə AMEA-nın Rəyasət Heyətinin cari ildə ilk iclası zamanı bildirilib.

Akademik Dilqəm Tağıyev AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə seçilib.

Akademiklər - İsa Həbibbəyli və İbrahim Quliyev isə AMEA-nın birinci vitse-prezidentləri vəzifəsindən azad edilərək, qurumun vitse-prezidentləri seçiliblər.

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq birinci vitse-prezidenti İsa Həbibbəyli deyib ki, bu, dünya akademiyalarına inteqrasiya baxımından aparılan bir islahatdır. 

Onun sözlərinə görə, dünyanın əksər ölkələrinin akademiyalarında Akademiyanın prezidentindən sonra ikinci şəxs kimi birinci vitse-prezident institutları fəaliyyət göstərir:

"Həmin birinci vitse-prezident Akademiyanın rəhbərinin fəaliyyətini digər vitse-prezidentlərlə, institutlarla əlaqələndirir, o vəzifəni yerinə yetirir. Bizim akademiyada isə iki birinci vitse-prezident var idi. Azərbaycan Elmlər Akademiyasının da o iki birinci vitse-prezidentlikdən bir vitse-prezidentliyə keçməsi dünya akademiyalarında olan modelini Azərbaycanda tətbiqi deməkdir. Buna görə də birinci vitse-prezidentlik təsis olundu. Kifayət qədər elmdə təcrübəsi, həm də öz sahəsində tanınmış alimlərdən biri olan akademik Dilqəm Tağıyev də həmin vəzifəyə təyin olundu. Hesab edirəm ki, layiqli namizəddir".

İsa Həbibbəyli deyir ki, bundan sonra AMEA-da İbrahim Quliyevlə birlikdə vitse-prezident kimi fəaliyyətiniz davam etdirəcək: "Mən bunu xoş qarşılayıram, Dilqəm müəllimi də təbrikm edirəm".

Eyni zamanda, akademik Vaqif Fərzəliyev AMEA-nın Kimya Elmləri Bölməsinin Elmi Şurasının sədri seçilib.