Azərbaycanda dəhşətli qətl: Qayınata kürəkənini tüfənglə öldürdü

19:29 09-01-2021 198

Ağstafa rayonunda odlu silahla qətl törədilib.

Report-un məlumatına görə, hadisə rayonun Sadıqlı kəndində qeydə alınıb.

Rayon sakini Taleh Süleymanov tüfənglə qətlə yetirilib.

Onun qayınatası Rəhim adlı şəxs tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirildiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.