Əli Nağıyev və Abazyan arasında -görüş olub

21:14 09-01-2021 198
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyevlə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Armen Abazyan arasında işgüzar görüş keçirilib.
 Bu barədə Ermənistan MTX rəsmi məlumat yayıb.

Qeyd edilib ki, görüş Ararat bölgəsində neytral sərhəd zonasında baş tutub.

"Görüş zamanı əsirlərin mübadiləsi və itkin düşənlərin axtarışı ilə bağlı məsələlər müzakirə edilib. Bu mövzularda əlaqələr davam edir", - deyə məlumatda qeyd olunub.