Vilayət Eyvazovdan yeni TƏYİNAT

20:43 10-01-2021 162

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

paralel.az-a daxil olan məlumata görə, bununla bağlı Nazir Vilayət Eyvazov əmr imzalayıb.

Belə ki, polis polkovnik-leytenantı Ramiz Novruzov Səbail rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi vəzifəsindən azad olunaraq Gəncə şəhər Nizami rayon Polis İdarəsinin rəis müavini təyin olunub.

Qeyd edək ki Nizami RPİ-nin əvvəlki rəis müavini Nəvai Qasımov bir müddət əvvəl Kəpəz rayon Polis İdarəsinə rəis təyin olunub.

İlhamə Əbülfət