“136 hərbçi göndərilib”-Türkiyə MN-dən Qarabağ açıqlaması

00:57 11-01-2021 171
Azərbaycan Ordusunun 44 gündə böyük qələbə qazandığı Qarabağ bölgəsində ərazilərin minalardan təmizlənməsi işləri davam edir.
 Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Məlumatda qeyd olunub: “Quru Qoşunlarımızın Xüsusi Mina Axtarış və Təmizləmə Bölməsindən (ÖMAT) 136 nəfərlik heyət də Azərbaycan Ordusuna dəstək üçün bölgəyə göndərilib. Hərbçilərimiz Azərbaycan Silahlı Qüvvələrinin bu təyinat üzrə şəxsi heyətinə minaların təmizlənməsi üzrə təlim keçməklə yanaşı, işğaldan azad edilən Qarabağda ərazilərin minalardan təmizlənməsi fəaliyyətlərini də davam etdirirlər”.