Kəlbəcər rayon 2 saylı tam orta məktəbdə rüşvətxorluq baş alıb gedir

18:26 11-01-2021 504

Kəlbəcər rayon Təhsil Şöbəsində baş verən neqativ hallar barədə sosial şəbəkələrdə olan şikayət dolu məlumatlar baş alıb gedir.

Kəlbəcər 2 saylı məktəbdə sinif açmaq üçün pul yığılması faktı sosial şəbəkələrdə öz əksini tapmışdır. Adı hallanan məktəbin direktoru Azad Əsgərov mənbənin verdiyi məlumata görə Cavid Qurbanovun qohumudur.

(mənbədən verilən məlumata görə Cavid Qurbanovun bibisinin kürəkənidir). Maraqlı sual budur ki, bu məktəbdə yığılan pullardan Kəlbəcər Təhsil Şöbəsinin müdiri Fazil müəllimə də haqq çatırmı?

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

milletinsesi.info