Siyəzən İcra hakimiyyəti 3 tenderə 869 min 187 manat xərcləyib

13:48 13-01-2021 216

2020-cu ildə Siyəzən rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 1 milyon 222 min 702 manat məbləğində 9 tender keçirilib.

FED.az-ın məlumatına görə, İcra hakimiyyəti 3 tenderə 869 min 187 manat xərcləyib. Siyəzən Rayon İcra Hakimiyyətinin keçirdiyi bütün tenderlərin qalibi  "EVEREST TİKİNTİ" MMC  olmuşdur.

Siyəzən Suvarma Sistemləri İdarəsi  2020-ci ildə 6 tender keçirib ki, qaliblərə 353 min 515 manat ödənilib. Ən böyük tenderin qalibi "EVEREST TİKİNTİ" MMC (88 min 964 manat) olmuşdur.

FED.az 2020-cu ildə Siyəzən Rayonunda keçirilən tenderləri  təqdim edir.

image