Ərdoğan: Bütün dünyaya Türkiyə və Rusiya tərəfdaşlığının konstruktiv nəticələrini göstərmiş olacağıq

21:07 13-01-2021 198

“Bu gün Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə telefon danışığımız baş tutub. Cənab Putinlə Türkiyə və Rusiya əlaqələrinin gücləndirilməsi, Dağlıq Qarabağ məsələsi ilə bağlı irəliləyişin fonunda atəşkəsə nəzarət və monitorinqə yönəlmiş Türk-Rus ortaq mərkəzi ilə bağlı qiymətləndirmələr apardıq”.

Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə baş tutan telefon danışığı haqqında “Telegram” hesabında belə məlumat paylaşıb.

Türkiyə Prezidenti telefon danışığı zamanı Türkiyənin bölgədəki sülh və əmin-amanlığa hər cür töfhə və dəstək verəcəyini açıqlayıb.

“Dağlıq Qarabağda sülhün gücü və müşahidəyə ehtiyac olmadan birgə yaşayışı təmin edən şərtlər yaratmaq istəyirik. Bu həyata keçirildikdən sonra bütün dünyaya Türkiyə və Rusiya tərəfdaşlığının konstruktiv nəticələrini göstərmiş olacağıq”, - deyə R.T.Ərdoğan vurğulayıb.