Ərdoğan: -Putinlə danışdıq, sülhməramlılarsız Qarabağ…

09:58 14-01-2021 198
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün Teleqram kanalında Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarına dair məlumat yayıb.
 
 Prezidentlər Qarabağda atəşkəsə nəzarət və bütün hərbi əməliyyatlara dair Rusiya-Türkiyə Monitorinq Mərkəzinin formalaşdırılmasını müzakirə ediblər.
 
“Bu gün Rusiya Prezidenti Putinlə telefon danışığımız oldu. Cənab Putin ilə Türkiyə və Rusiya əlaqələrinin gücləndirilməsinə dair çağırışlara yönəlik addımları müzakirə edib, Dağlıq Qarabağ mövzusundakı gəlişmələr ilə atəşkəsə nəzarət olunmasına yönəlik türk-rus ortaq mərkəzinə dair dəyərləndirmələr apardıq.
 
Türkiyənin bölgədə sabitliyi qoruyacağını və hər cür dəstəyi verməyimizin lazım olduğunu, sülh adına yeni dövrün başladığını söylədik.
 
Dağlıq Qarabağda sülhməramlı və müşahidə fəaliyyətinə ehtiyac olmadan birlikdə mövcudluğu təmin edəcək şərait yaratmaq istəyirik. Belə olduqda, inşallah, bir daha dünyaya Türkiyə-Rusiya tərəfdaşlığının konstruktiv nəticələrini göstərəcəyik”, – Ərdoğan bildirib.