Bakıda üç nəfər köməksiz qaldı

10:36 14-01-2021 225

Bakı şəhərinin Binəqədi rayonu üzrə üç nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinə bir müraciət daxil olub.

Bildirilib ki, dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən biri azyaşlı olmaqla üç nəfərin liftdən çıxarılması təmin edilib.