Türkiyənin səhiyyə naziri -canlı yayımda peyvənd edildi

11:28 14-01-2021 207

Türkiyənin səhiyyə naziri Fahrettin Kocaya canlı yayımda koronavirus vaksini vurulub.

Bu addım Türkiyənin Dərman və Tibbi Ləvazimat Təşkilatının Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksininin tətbiqinə icazə verməsindən sonra atılıb.

Qeyd edək ki, sabahdan etibarən bütün ölkə ərazisində tibb işçilərinin vaksinasiyasına başlanılacaq.