Daşkəsəndə 48 yaşlı kişi zəhərlənmədən öldü

13:17 10-02-2021 234

Daşkəsənd sakini zəhərlənmədən ölüb.

“Report”un məlumatına görə, rayon sakini, 48 yaşlı Rafiq Hüseynov sirkə turşusundan zəhərlənib.

O, ağır vəziyyətdə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

R.Hüseynovun hansı səbəbdən sirkə turşusu içdiyi ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

Faktla bağlı araşdırma başlanılıb.