Dostum

20:24 10-02-2021 297

Şəhid dostum Ramil Paşayevin xatirəsinə ithaf edirəm.

 Bizə xatirədir neçə xoş sözün,

Qaldı ürəklərdə silinməz izin,

Əmr gələn kimi yetirib özün,

Çatdı Vətənin dadına, dostum.

 

Ramilin haqqında nə yazsam azdı,

Onu anlatmağa bir ömür çatmazdı,

Ramil öz adını o şanlı tarixə yazdı,

Qurban olum sənin adına, dostum

 

Bütün planların yarımçıq qaldı,

Qurduğun xəyallar gül təki soldu,

Sənin tək sevdiyin Vətənin oldu,

Yandın bu sevginin oduna, dostum.

 

Çətindi çəkmək belə dərd-səri,

Ramil elə dostdur, yoxdu bənzəri,

Adın olub sənin dillər əzbəri,

Düşürsən hər kəsin yadına, dostum.

 Elsevər Hüseynov