Cəsur Ərdoğan Türkiyənin kosmos proqramını açıqladı

20:31 10-02-2021 198

Cumhur Başqanı Ərdoğan böyük Türkiyənin kosmos proqramını açıqladı. Onun mesajlarını 3 bölməyə ayırmaq olar:

  1. a) ELMDƏ SÖZÜ OLMAYANIN DÜNYADA SÖZÜ OLMAYACAQ

- kosmos proqramı Türkiyə tarixinin dönüm nöqtələrindən biridir;

- Türkiyənin göy üzündəki yol xəritəsidir;

- böyük mədəniyyətimizin göy üzündəki ifadə biçimidir;

- yerli və milli imkanlarla gerçəkləşdirəcəyimiz böyük layihədir;

- “Göytürk-2” səmadadır;

- “Göytürk - 3” uçuş sırasını gözləyir;

- görüntü aydınlığı əldə edəcək, hərbi və xəbərləşmə imkanlarımızı artıracağıq;

- on ölkədən biri olacağıq;

- elmə, təhsilə, yazılım proqramlarına, texnologiyaya maya qoyacağıq;

- beynəlxalq oyunçuya çevriləcəyik;

- öz raketimiz olsa da, hələlik onu göy üzünə özümüz göndərə bilmirik, bu problemi həll edəcəyik;

- səmada hakimiyyəti olmayanın yer üzündə hakimiyyəti olmaz;

- müsəlmanlar zəngin elmi irslərindən uzaqlaşdılar, riyaziyyat, astronomiya, tibb sahəsində böyük kəşflərə imza atmış atalarının yolunu itirdilər, geri qaldılar, əsir oldular;

- elmsiz inkişafın qeyri-mümkün olduğu anlaşılmışdır;

- biləyin deyil, ağılın gücü önə çıxmışdır;

- elmdə söz sahibi olmayan dünyada söz sahibi ola bilməz;

- müstəqillik və azadlığı qorumağın yolu elmdir;

- Avropa elmlə inkişaf etdi;

- gələcəyi elm müəyyən edəcək;

- ağıl nemətindən doğru istifadə etsək, özümüzə güvənsək, çalışsaq, elmi gücümüzü artırsaq, varlığımızı ideallarımıza həsr etsək, böyük uğur qazanacağıq;

- silah sahəsində uğurlarımız ortadadır;

- kimsə Türkiyənin biləyini bükə bilməz;

- kosmos yarışında kim irəlidə olsa, inkişaf edəcək, hakim olacaq;

  1. b) FRANSANIN ƏLİNDƏ AFRİKA MƏZLUMLARININ QANI VAR

- Makron deyir ki, Türkiyə əsgərlərini Liviya və Azərbaycandan çıxarmalıdır;

- Soruşuram: “Fransa ordusunun Afrikada nə işi var?”

- Fransa Türkiyəni soyqırımında ittiham edir, soruşuram: “Fransa Əlcəzairdə, Ruandada bir milyon günahsız insan öldürmədimi? Niyə bunun hesabını vermirsiniz?”

- Fransanın əlində Afrika məzlumlarının qanı var, Türkiyə isə məzlumların səsidir;

- Azərbaycan doğma torpağı olan Qarabağda öz göbəyini özü kəsdi, biz də yardım etdik, bu yardım davam edəcək, hər kəs bilməlidir ki, Qarabağ Azərbaycandır;

- yer üzündə ədaləti təmin etməyin bir yolu da göy üzündə güclü olmaqdır;

- güclü və azad Türkiyənin varlığı kosmosdakı imkanlarına bağlıdır;

- şüarımız budur: “Göy üzünə bax, Ayı gör”;

  1. c) BÖYÜK TÜRKİYƏNİN KOSMOS PROQRAMININ 10 ADDIMI

- 2023-cü ildə türk kosmonavt Aya gedəcək, turist kimi yox, elmi araşdırma üçün gedəcək. Bu planımızı öncə ortaq, 2028-ci ildə isə milli imkanlarla gerçəkləşdirəcəyik;

- Hilal raketini Aya göndərəcəyik;

- yeni nəsil raket sistemi hazırlayacağıq;

- mülki və hərbi məqsədlərlə yeni zamanlama sistemi quracağıq ki, başqalarından asılılığa son qoyaq;

- kosmos limanına sahib olacağıq;

- yeni meteoroloji sistem hazırlayacağıq;

- kosmosu müşahidə mərkəzi yaradacağıq;

- kosmos sənayesini inkişaf etdirəcəyik;

- kosmos texnologiyası hazırlayan istehsal mərkəzləri quracağıq;

- kosmosla bağlı alimlər, mühəndislər yetişdirəcəyik;

Türkiyənin iddiası var, iddiası olmayanın gücü ortaya çıxmaz, dəyəri olmaz, inkişaf etməz. Türkiyə bayrağı göy üzündə dalğalanacaq. Ayağımız dünyada, gözümüz səmada, kökümüz yer üzündə, budağımız göy üzündə olacaq!

UCA ALLAH BÖYÜK TÜRKİYƏYƏ BƏRƏKƏT VERSİN, GÜCÜNÜ, ELMİNİ, RİFAHINI, ƏDALƏTİNİ ARTIRSIN, ONU QORUSUN, UCA ALLAHDAN BAŞQA KİMSƏYƏ MÖHTAC ETMƏSİN!

AMİN!

Siraceddin Haci