Ərdoğan Türkiyə və Azərbaycan arasındakı sazişi təsdiqlədi

15:45 11-02-2021 342

Türkiyə və Azərbaycan hökumətləri arasında mədəniyyət mərkəzinin qurulması və fəaliyyətinə dair saziş təsdiqlənib. 

Bununla bağlı “Resmi Gazete” məlumat yayıb. 

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sazişin təsdiqlənməsi ilə bağlı qanunu imzalayıb.