Prezident Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bir qrup əməkdaşını təltif etdi – SƏRƏNCAM

19:08 11-02-2021 306

Prezident İlham Əliyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası əməkdaşlarının təltif edilməsi barədə sərəncam imzalayıb. 

Bu barədə AZƏRTAC məlumat yayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 90 illiyi münasibətilə Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığındakı xidmətlərinə görə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının aşağıdakı əməkdaşları təltif edilsinlər:

“Şöhrət” ordeni ilə

Hacıyev Fuad Hacı oğlu

“Tərəqqi” medalı ilə

Adıgözəlova Leyla Xudat qızı

Cabbarlı Bəhruz Ərzuman oğlu

Əbiyev Qalib Şamil oğlu

Əbiyev Telman Qulam oğlu

Hüseynov Fərhad Cəfər oğlu

Quliyev Yusif Nazir oğlu

Mahmudova Zümrüd Arif qızı.