Ağcabədidə yol tikintisində ailə inhisarı – Milyonlar necə “silinib”…

22:08 11-02-2021 360

Ağcabədi rayon avtomobil yollarının səviyysəinə görən ən acınaqlı vəziyyətdə olan azsaylı rayonlardan biridir. Bunun səbəbi Ağcabədi rayonuna ögey münasibətlə bağlı deyil.

Sadəcə olaraq bu rayonun yollarının tikintisi və təmiri üçün ayrılan pullar effektli şəkildə istifadə olunmur. Bunun səbəbi isə Ağcabədidə yol tikintisində ailə inhisarının olması ilə bağlıdır.

Bir qayda olaraq Ağabədi rayonun əsaslı təmiri ilə bağlı tenderləri Fuad Vidadi oğlu Cəfərovun direktor olduğu “Fərid” Məhdud Məsuliyyətli Cəmiyyəti qazanır.

Məsələn, ötən ilin iyul ayında Ağabədi rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin elan etdiyi və 530 min manat büdcə vəsaitinin ayrıldığı tenderi məhz “Fərid” MMC-i qazanıb.

“Fərid” MMC-nin direktoru Fuad Cəfərov Ağcabədi 33 saylı Yol İstismar İdarəsi rəisi Vidadi müəllimin oğludur. Fuad dövlət büdcəsinin yarım milyondan artıq pulun 10 manatlıq “Fərid” MMC-i ilə sahib çıxa bilib.

Bundan sonra isə atasının rəhbərlik elədiyi 33 saylı Yol İstismar İdarəsindən nəqliyyat və texnikanı “icarəyə” götürərək yolları əsaslı təmir edir. Həmin texnikaya görə “Fərid” MMC-nin 33 saylı Yol İstismar İdarəsinə nə qədər pul ödədiyi ata-oğuldan başqa kimsəyə məlum deyil.

33 saylı Yol İstismar İdarəsinin rəisi isə bu haqda danışmaq, cəmiyyətin informasiya almaq hüququna hörmət etmir. Belə ki bu məsələ ilə bağlı suallarımızı cavablandırmaqdan imtina edir. Buna görə də biz də mətbuat olaraq cəmiyyəti məlumatlandıra bilmirik.

Mənbə Hurriyyet.org