Vəzifədən uzaqlaşdırılan general - mayor Xəqani Cəbrayılovun milyonluq biznes SİYAHISI

22:20 11-02-2021 306

Azərbaycan Ordusunun sabiq birlik komandiri general-mayor Xəqani Cəbrayılovun biznesinin siyahısı üzə çıxıb.

MillətinSəsi.info demokrat.az-a istinadən xəbər verir ki, sabiq birlik komandirinin Sumqayıt və Xızı ərazilərində böyük fermaları, restoran və kafeləri fəaliyyət göstərir.

Xəqani Cəbrayılovun bizə məlum olan biznes siyahısını oxuculara təqdim edirik:

— Sumqayıt şəhərində restoran, kafe və marketləri;

— Bakı-Quba yolunun Xızı rayonu ərazisindən keçən hissəsində restoran;

— Xızı rayonunun Şorabad kəndi və Yaşma qəsəbəsi ərazilərində hektarlarla sahəni əhatə edən donuz ferması;

— Xızı rayonunun Altıağac qəsəbəsi ərazisində torpaq sahələri və istirahət mərkəzi;

— Xızı rayonu ərazisində heyvandarlıq təsərrüfatı.

Xəqani Cəbrayılovun ölkə xaricində də biznesinin olduğu haqda məlumatlar var.

Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər.

Bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Onu da bildirək ki, Xəqani Cəbrayılov Orduda general-leytenant Rövşən Əkbərovun yaxın adamı kimi tanınır.

Mənbə demokrat.az