Vaksin vurulan polislərdə əks göstərişlər müşahidə edilib?

13:17 12-02-2021 279

Bakı şəhəri üzrə koronavirusa qarşı polislərin vaksinasiya prosesi artıq fevralın 6-dan etibarən başlayıb.

milletinsesi.info-ın məlumatına görə, bu sözləri Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin şöbə rəisi, polkovnik-leytenant Loğman Zeynalov deyib.

O bildirib ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş vaksinasiya strategiyasının birinci mərhələsinə uyğun olaraq Daxili İşlər Nazirliyində də vaksinasiya prosesinə start verilib:

“Vaksinasiya prosesi Daxili İşlər Nazirliyinin A.Heydərov adına Hospitalının 1 və 2 saylı poliklinikalarında həyata keçirilir. İlkin olaraq fevralın 6-dan Bakı şəhərində xidmət aparan polis əməkdaşları vaksinasiya prosesinə cəlb olunub. Vaksinasiya prosesi başlanan gündən peyvənd vurulan əməkdaşlar arasında əks göstəriş müşahidə olunmayıb. Vaksinasiya prosesi könüllü şəkildə həyata keçirilir”.

“Vaksinasiya prosesi strategiyaya uyğun şəkildə aparılır. Koronavirusa yoluxan əməkdaşlarımıza 6 ay müddət keçənə qədər vaksin vurulmur. Onkoloji xəstəliyi olan, yüksək təzyiq problemi olan və dərmana qarşı allergiyası olan şəxslərə vaksin vurulması tövsiyə olunmur”, - deyə o qeyd edib.

L.Hüseynov yaxın günlərdə regionlarda da polis əməkdaşlarının vaksinasiya prosesinə başlanılacağını bildirib.