Bakı bulvarında intihara cəhd

16:37 12-02-2021 315

Bakı bulvarında bir nəfər intihara cəhd edib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda bir nəfərin özünü dənizə atması barədə məlumat daxil olub. 

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.