Tbilisidə bazarda güclü yanğın başlayıb - YENİLƏNİB

00:58 13-02-2021 270

Tbilisinin Aqladze küçəsində baş verən güclü yanğın lokallaşdırılıb.

“Report” xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidmətindən bildirilib.

Məlumata əsasən, yanğın tikinti materialları anbarında baş verib. Hadisə yerinə 12 yanğınsöndürmə briqadası cəlb olunub. Alovun tam aradan qaldırılması üzrə tədbirlər davam etdirilir.

Yanğının baş vermə səbəbi hələ məlum deyil.

19:16

Tbilisinin Didube rayonunda tikinti materialları anbarında güclü yanğın baş verib.

“Report” xəbər verir ki, hadisə yerinə 14 yanğınsöndürmə briqadası cəlb olunub.

Anbarda taxta materiallar və boyalar saxlanılır.

İlkin məlumatlara əsasən, hadisə zamanı xəsarət alan olmayıb.