Ucarda illərdir yol probleminə göz yumulur - VİDEO

01:02 13-02-2021 396

Yollar çala-çuxurlu, gediş-gəliş isə əzab-əziyyətli. Sakinlərin və sürücülərin göz dağına çevrilən bu mənzərə Ucar rayonunun Qaradağlı kəndindəndir. Kənd rayon mərkəzinə yaxın olsa da, illərdir, sakinlərin səsinə səs verən yoxdur. 

Çarəsiz sakinlər şikayətlərini Baku TV-yə ünvanlayıb. 

Kənd sakinləri bildirib ki, yolları 20 ilə yaxındır ki bu vəziyyətdədir. 

Kənddə çəkiliş gedən zaman ərazidə rəsmi şəxslər də gözə dəyib. Kəndin icra nümayəndəsi Vüqar Zeynalov və Bələdiyyə sərdi Nail Rüstəmov əraziyə avtomobillə yaxınlaşıb, onlardan açıqlama istənilən zaman isə bundan imtina ediblər. 

Daha ətraflı Baku TV-nin süjetində: