AAAF Park yaşayış kompleksində zirzəmidə tikinti aparılması sakinlərin narazılığına səbəb olub

22:15 13-02-2021 378

AAAF Park yaşayış kompleksi, A massivi sakinləri şirkət rəhbərliyindən narazıdırlar. Binanın zirzəmisində tikinti işlərinin aparılması sakinləri narahat edir. Onlar mənzil hüquqlarının və təhlükəsizlik qaydalarının pozulduğunu deyirlər. Yanvar ayının 2-də 12-ci binada yanğın hadisəsi də baş verib.

Sakinlərin rəsmi qurumlara müraciəti bir nəticə vermir. Üstəlik, məhkəmə prosesi davam etsə də, tikinti dayandırılmayıb. AAAF Parkın mətbuat xidmətindən məsələ ilə bağlı açıqlama isə belə oldu: “Yaşayış binalarının qeyri-yaşayış sahəsi (zirzəmilər və s.) qanuna müvafiq qaydada alqı-satqı müqavilələri əsasında satılıb. Təhlükəsizlik qaydalarına riayət olunması əmlak sahibinin - alıcının məsuliyyətindədir. İşlərin dayandırılması da müvafiq məhkəmə qərarı ilə həyata keçirilməlidir. Aparılan işlər bütün təhlükəsizlik tədbirləri nəzərə alınaraq həyata keçirilir”.


milletinsesi.info