Sahibə Qafarova Türkiyəli həmkarına başsağlığı verdi

21:14 14-02-2021 288
Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntopa başsağlığı verib.
 Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Sahibə Qafarova İraqın Kara bölgəsində 13 nəfər mülki Türkiyə vətəndaşının xain terror təşkilatı tərəfindən qətlə yetirilməsindən dərin təəssüf duyduğunu, həlak olanlara Allahdan rəhmət dilədiyini bildirib, qardaş Türkiyə dövlətinə, həyatlarını itirənlərin ailələrinə, yaxınlarına Milli Məclis adından başsağlığı ifadə edib.