Azərbaycan vətəndaşlarının Türkiyədən aldığı evlərin sayı açıqlandı - FOTO

15:33 15-02-2021 216

2021-ci ilin yanvar ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 68 daşınmaz əmlak alışı həyata keçirib.

paralel.az-ın Türkiyənin Statistika İdarəsindən əldə etdiyi məlumata əsasən, ötən ay ərzində Türkiyədə ən çox əmlak alışı həyata keçirən ölkələr sırasında Azərbaycan 10-cu sırada qərarlaşıb.

Yanvar ayı ərzində Azərbaycan vətəndaşları tərəfindən alışı həyata keçirilən daşınmaz əmlakların sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 31 ədəd və ya 31,3 faiz azalıb. Əvvəlki ayla (2020-ci il dekabr) müqayisədə isə bu, 87 ədəd və ya 2,3 dəfə azdır.

Qeyd edək ki, 2021-ci ilin yanvar ayında xarici vətəndaşlar tərəfindən ümumi 2 712 daşınmaz əmlakın alışı həyata keçirilib. Satışların əksəriyyəti İstanbul, Antalya və Ankaranın payına düşüb.