Kəmaləddin Heydərovun qardaşının yeni hobbiləri: Bahalı motoskllar və bəbir - İDDİA

23:40 15-02-2021 234

Ötən günlərdə tanınmış blogger Həbib Müntəzir Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovun avtomobil kolleksiyasını paylaşmışdı.

Həmin fotolardan aydın görünürdü ki, nazir qardaşının kolleksiyasına ucuz maşın yoxdur. Əksinə, böyük əksəriyyətinin qiyməti 100 min manatdan yuxarıdır.

Həbib Müntəzir bildirib ki, Səməd Heydərovun kolleksiyasına "Mazda 6 Red", "Toyota Tundra Black", "BMW 760li", "Lincoln MKZ", "Mercedes S500 Brabus", "Mercedes E 63 AMG", "Cadillac Escalade", "Lexsus 570", "Hyundai Genesis", "Mercedes-Benz G 55 AMG", "Porsche Panamera", "Bentley Continental GT", "Porsche Cayenne Turbo", "Toyota Hilux 2013 Tuining" kimi məşhur markalar daxildir.

Rəsmi olaraq 99FS777, 99FK777, 99DK777, 10KJ777, 90CL777, 90TH777 dövlət nömrə nişanları Səməd Heydərovun adınadır. 

 

JAMAZ.İNFO-nun əldə etdiyi məlumata görə, Səməd Heydərov təkcə, avtomobil həvəskarı deyil. O, həmçinin bahalı motoskl və vəhşi heyvan həvəskarıdır. İddialara görə, nazir qardaşının kolleksiyasına daxil olan motosklların içində ən bahalısı “Harley Davidson Cosmic Starship” markalı motoskldır ki, onun da qiyməti 1 milyon dollardır.

Bundan başqa, sözgedən şəxsin kolleksiyasına qiyməti 200 min dollar olan “Suzuki AEM Carbon Fiber Hayabusa”, 400 min dollarlıq “Legendary British Vintage Black” və 500 min dollar qiyməti olan “Yamaha Roadstar BMS Chopper” motosklları da daxildir.

JAMAZ.İNFO xəbər verir ki, Səməd Heydərovun vəhşi heyvan həvəskarı olması isə xeyli əvvəldən məlum idi. Hələ bir xeyli əvvəl bununla bağlı ölkə mediasında məlumatlar da yayılmışdı. Həmin məlumatlarda deyilirdi ki, Heydərov evində bəbir saxlayır. Hətta ara-sıra evində saxladığı bəbirlə birlikdə şəhərə gəzintiyə də çıxır.

Xatırladaq ki, vəhşi heyvan həvəskarlığı ərəb varlılarında daha çox təzahür edən haldır. Onların evlərində şir, pələng və digər vəhşi heyvanlar saxladıqları da sirr deyil. Görünür, Səməd Heydərovun da həvəskarlığı buradan yaranıb. Çünki onun ərəb varlıları ilə münasibətləri kifayət qədər yaxşıdır.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Mənbə JAMAZ.İNFO