Yeni Rabitə və Yüksək Texnologiyalar naziri “1xBet“-i bloklatdıracaq yoxsa…?

18:33 16-02-2021 297

Yeni təyin edilən Rabitə və Yüksək Texnologiyalar Naziri ölkədə qanunsuz fəaliyyət göstərən bukmeyker şirkətlərinə qarşı mübarizə aparacağına ümid edilir.

Azərbaycanda internet üzərindən qanunsuz mərc oyunları həyata keçirən şirkətlərdən biridə "1xBet" bukmeyker şirkətidir. 

Mənzil qərərgahı Cənubi Kiprin Nikosiya şəhərində yerləşən "1xBet"-I ölkəmizdə fəaliyyətinin qanunla qadağan olunmasına baxmayaraq, adıçəkilən kantor internet üzərindən Azərbaycanda rahat şəkildə fəaliyyətini davam etdirir.

AzFakt.com xəbər verir ki, "1xBet" bukmeyker şirkətinin ölkəmizdə internet üzərindən açıq şəkildə qanunsuz fəaliyyət göstərməsinə baxmayaraq, aidiyyatı qurumlar bununla bağlı heç bir addım atmırlar. 

Azərbaycanda yeganə rəsmi bukmeyker kantoru olan "Topaz" şirkətinin bu barədə rəsmi orqanlara dəfələrlə müraciət etməsinə baxmayaraq, "1xBet" və internet üzərindən qanunsuz yayımlanan digər bukmeyker kontorlarına qarşı hər hansı bir tədbir görülməyib. 
 
"1xBet"-in ölkəmizdə qanunsuz fəaliyyətinin qarşısını ala biləcək qurumlardan birincisi Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Ancaq adıçəkilən qurum başda "1xBet"olmaqla digər bukmeyker şirkətlərinin ölkəmizdə qanunsuz fəaliyyətlərinin qarşısını almaq üçün hansısa bir tədbir görmür. 

Qeyd edək ki, "1xBet"-in rəsmi internet səhifəsi Azərbaycanda rahat şəkildə açılır və bukmeyker şirkəti mərc oyunlarını sosial şəbəkələr vasitəsilə vətəndaşlara rahat şəkildə təqdim edir. Link BURDA 

bet

Bildirək ki, prezident İlham Əliyevin 25 oktyabr 2016-cı ildə imzaladığı "Bədən tərbiyəsi və idman haqqında” qanunun tətbiq edilməsi barədə” fərmanında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırılıb ki, Azərbaycanda idman mərc oyunlarının operatoru ilə müqavilə bağlamadan fəaliyyət göstərən idman mərc oyunlarının həm yerli, həm də xarici virtual satıcılarının internet portallarının və saytlarının ölkə ərazisində fəaliyyətinin qarşısının alınması üçün zəruri tədbirlər görsün.

Daxili İşlər və Vergilər nazirliklərinə isə tapşırılıb ki, akkreditasiya olunmadan idman mərc oyunlarının təşkilinə və ya keçirilməsinə qarşı mübarizədə fəaliyyətin əlaqələndirilməsini təmin etsinlər, həmin oyunları qanunsuz təşkil edən və ya keçirən şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və belə halların gələcəkdə baş verməməsi üçün tədbirlər görsünlər.

Belə ki, qanunla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ölkəmizdə qanunsuz fəaliyyət göstərən "1xBet" bukmeyker kantorunun internet səhifəsini bloklamaq səlahiyyəti verilsə də, nazirlik hansısa bilinməyən səbəblərdən məsələyə göz yumur. 

Yeni Rabitə və Yüksək Texnologiyalar naziri təyin edilən Rəşad Nəbiyevin ölkəmizdə qanunsuz fəaliyyət göstərən "1xBet" və digər bukmeyker kontorlarına qarşı tədbir görəcəyini ümid edirik.