Vətən müharibəsində şəhid olan kiçik çavuş Sabirabadda dəfn edildi - FOTO
Vətən müharibəsində şəhid olan daha bir qəhrəmanımız Sabirabadda dəfn edilib.
APA-nın məlumatına görə, Vətən müharibəsində şəhid olan kiçik çavuş, müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAHHXHQ), 20 yaşlı Anar Siyavuş oğlu Nurullayev rayonun Osmanlı kəndində dəfn edilib.
Qeyd edək ki, Anar Nurullayev sentyabrın 30-da Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.