Kəmaləddin Heydərovun ailəsinin şirkətlərinin külli miqdarda vergi borcu üzə çıxdı – Siyahı

19:06 17-02-2021 423

Vaxtilə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun ailə üzvlərinin rəhbərlik etdiyi və əsasən “Gilan” adı ilə fəaliyyət göstərən şirkətlərin dövlət büdcəsinə böyük həcmdə vergi borcları var.

Yeniavaz.com-un apardığı araşdırmaya görə, Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan bu şirkətlərin arasında ən böyük borc “Gilan Holding” MMC-yə məxsusdur. Bu şirkətin vergi borcu 607 min 944 manat 16 qəpik təşkil edir.

Digər şirkətlərin vergi borcları aşağıdaki kimidir:

Şirkətin adı

Direktoru

Hüquqi ünvanları

Vergi borcu

“Gilan Holding” MMC

Muradov Cəmil Tahir

Nərimanov pr, ev 206, m.466

673 944,16

“Gilan İdman Klubu” MMC

Muradov Cəmil Tahir

Z. Əliyeva, ev 38, m. 74

6,55

“Gilan İnşaat” MMC

İsmayılov Elvin İsmayıl

Z. Əliyeva, ev 38, m. 24

31 080,67

“Gilan Beton” MMC

Səlimov Kərim Zakir

Nərimanov pr, ev 206, m.466

53 907,03

“Gilan Servis” MMC

Qafarov Gündüz Azər

Z. Əliyeva, ev 38, m. 24

44 477,73

“Gilan Construction Group” MMC

İsmayılov Elvin İsmayıl

Nərimanov pr, ev 206, m.466

114,30

“Gilan Hospitality Group” MMC

Məmmədov Elgün Məmmədov

Nərimanov pr, ev 206, m.466

3 631,94

“Ay-NT” MMC

Məmmədov Elgün Məmmədov

Hüseyn Cavid pr, ev 1, məhəllə 518, m 19

24,36

“Gilan Pastoral” MMC

Həsənov Elşən Bəşir

Nərimanov pr, ev 206, m.466

2 117,5

“Gilan Hospitality-Lənkəran” MMC

Məmmədov Elgün Məmmədov

Lənkəran ş. Şəhidlər xiyabanı, ev 153, m.46

1,15

“Gilan Zeytun” MMC

Sultanov Emil Rauf

Z. Əliyeva, ev 38, m. 24

15,78

“Gilan Aqro Sitrus” MMC

Süleymanov Vaqif Həsən

Lənkəran ş, H. Əliyev, ev 261

93,94

“Gilan Dəri” MMC

İsrafilov Azər Fərrux

Z. Əliyeva, ev 38, m. 24

25 609,55

“Gilan-Pakoil” MMC

İsrafilov Azər Fərrux

Qəbələ r, Nohürqışlaq

460,21

“Uei Transport” MMC

Muradov Cəmil Tahir

Salatın Əsgərov, ev 187

1 746,63

“Fobos Plaza” MMC

Muradov Cəmil Tahir

Nərimanov pr, ev 206, m.466

660,58

“UPC” MMC

Pavel Belorusskıı

Nərimanov pr, ev 206, m.466

4 592,98

“Gilan Plastik” MMC

Yüzbəyov Romik Əlman

Z. Əliyeva, ev 38, m. 74

9,35

“Gilan Qəbələ Aqrotexservis” MMC

Qurbanov Abdulqafar Abdulrəhman

Qəbələ r, Hacallı

 1 955,44

“Gilan Satış” MMC

Ağayev Laçın Şirvan

Z. Əliyeva, ev 38, m. 24

284

“Gilan Vegetables” MMC

Yusifov Emin Sadəddin

Nərimanov pr, ev 206,

7,21

“Qəbələ Atıcılıq Klubu” MMC

İsmayılov Elvin İsmayıl

Z. Əliyeva, ev 38, m. 74

4 123,15

“İnteqral Loqistika” MMC

Məmmədov Həsən Faiq

Neftçilər pr. Ev 143, m 21

13 253,77

“Vita Farm TN” MMC

Muradov Cəmil Tahir

Neftçilər pr. Ev 143, m 21

14 136,76


Qeyd edək ki, adları qeyd olunan şirkətlərin hüquqi ünvanları və qanuni təmsilçilərinə (director) nəzər salındığı zaman açıq şəkildə görünür bu şirkətlər arasında hansısa əlaqələr var. Kəmaləddin Heydərovun övladları Tale və Nicat Heydərovlar da vaxtı ilə ölkənin ən böyük holdinqlərindən birinin - "Gilan Holding"in rəhbərliyində təmsil olunub. Tale Heydərov eyni zamanda "Gilan Holding"in tərkibində yer alan "Qəbələ" Futbol Klubunun prezidenti, həmçinin İngiltərədə qeydiyyatdan keçən "United Enterprises International" şirkətinin rəhbəri olub. Tale Heydərova məxsus "taleheydarov.com" saytında qeyd olunur ki, onun biznesinə hazırda "TEAS Nəşriyyat evi", "Libraff" kitab mağazaları şəbəkəsi və illik təhsil haqqının 12-15,5 min manat olduğu  "Avropa Azərbaycan Məktəbi" daxildir. Kəmaləddin Heydərovun digər oğlu Nicat Heydarov "linkedin" sosial şəbəkəsindəki hesabında özünü hələ də "Gilan Holdinq"in rəhbəri (CEO) kimi təqdim edir. Nicatın adına İngiltərədə qeyydiyyatda olan "United Enterprises International" şirkətinin rəhbərləri arasında rast gəlmək olar.