Nəriman Həsənzadə “İstiqlal” ordeni ilə təltif edildi

20:08 17-02-2021 549

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Nəriman Həsənzadənin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Nəriman Əliməmməd oğlu Həsənzadə “İstiqlal” ordeni ilə təltif edilsin.