Arif Hacılının polis idarəsinə çağırılması ilə bağlı DİN-dən AÇIQLAMA

16:05 18-02-2021 189

Daxili İşlər Nazirliyi (DİN) Müsavat partiyasının sədri Arif Hacılının polisə çağırılması barədə məlumata münasibət bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən paralel.az-a verilən məlumata görə, Arif Hacılı polis orqanlarına dəvət edilməyib:

“Arif Hacılı xüsusi karantin rejimi qaydalarını pozduğu üçün onun barəsində Yasamal Rayon Polis İdarəsi tərəfindən protokol tərtib edilib. Həmin protokol onun yaşadığı ünvana göndəriləcək”.

Qeyd edək ki, Müsavat partiyasının sədri Arif Hacılı sosial şəbəkə hesabında polisə dəvət olunduğunu yazıb.