Maşının yük yerində yaşayıb, salfet satan oğlanın köməyinizə ehtiyacı var - VİDEO

16:09 18-02-2021 144

Sumqayıt şəhərində yaşayan azyaşlı Əli Həbibov ailəsinə kömək etmək üçün küçədə salfet satır.

Baku TV acınacaqlı vəziyyətdə olan Həbibovlar ailəsinin qonağı olub. 

İllər əvvəl atasını itirən Ə.Həbibovun anası xəstəlikdən əziyyət çəkir. Yaşamaq üçün evləri belə olmayan ailəyə uzun müddət şəhid xüsusi təyinatlı Şəhriyar Quliyev köməklik edib. Ailə müvəqqəti olaraq maşının yük yerini özlərinə sığınacaq edib.

Kiçik yaşından anasının və bacısının məsuliyyətini öz üzərinə götürən Ə.Həbibovun ailəsinə kömək lazımdır.

Yardımsevər şəxslər bu ailəyə kömək üçün (+994) 55 214 71 44 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Ətraflı süjeti təqdim edirik: