Qaz sayğacları sərfiyyatı artıq qeydə alır? - AÇIQLAMA

16:17 18-02-2021 162

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azəriqaz” İstehsalat Birliyinin quraşdırdığı yeni qaz sayğaclarıyla bağlı istehlakçılarda yaranan narazılığa aydınlıq gətirib.

Xidmətinin rəis müavini Məmməd Abbasbəyli bildirib ki, yoxlamalar aparılıb və hər hansı sayğacda normadan kənarlaşma qeydə alınmayıb:

“Tabeliyimizdə olan qurum var, Azərbaycan Metrologiya İnstitutu... Metrologiya İnstitutu bütün ölçmə vasitələrinin yoxlaması ilə məşğuldur və “Azəriqaz”ın sayğacları quraşdırılmazdan qabaq onların hamısı bu stendlərdə testlərdən keçib və o testlər düzgün olduqda onlar quraşdırılır. Ona görə bu sahədə biz də yoxlama aparmışıq”.