İran-Azərbaycan münasibətlərinə kölgə salmağa çalışan erməni ekspertə tutarlı CAVAB - VİDEO

16:18 18-02-2021 207

İranla Azərbaycan arasındakı mehriban qonşuluq münasibətlərini pozmaq Ermənistanın xarici siyasətinin sərsəm ideyalarından biridir.

Bu barədə “Caliber” layihəsinin “Youtube” kanalında paylaşılan videoda bəhs olunub.

Bu işlə yalnız erməni diplomatiyası deyil, eyni zamanda mətbuatı və ekspert ictimaiyyəti də məşğul olur.

“Müharibənin nəticələrinə əsasən İran Azərbaycana müəyyən təsir rıçaqlarını itirdi. Azərbaycandan Naxçıvana dəhlizin yaradılacağı halda İran nəqliyyat tranziti rolunu itirəcək”, - deyə erməni ekspert Vardan Voskanyan bildirib.

“Caliber” isə öz növbəsində erməni təbliğat-təşviqat maşınının fəaliyyətinə baxmayaraq, İran-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti barədə qeyd edir ki, 2016-cı ildə Azərbaycan İranla Araz çayının hidro resurslarından birgə istifadə və çay üzərində “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarının tikilməsinə dair müqavilə imzalayıb.

“Erməni tərəfinə bir daha xatırladaq ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşan İran həmin vaxt Ermənistanın işğalı altında olan ərazilərdə işləri Azərbaycan Respublikasından alınmış icazə əsasında aparıb.

İranla Azərbaycanın birgə infrastruktur və enerji layihələrinə gəldikdə isə onların intensivliyi birbaşa olaraq erməni təbliğat-təşviqatının uğursuzluğunu göstərir”, - deyə “Caliber” bildirib.