Dövlət büdcəsi ilə tikilən Xizək Mərkəzi Vasif Talıbovun oğlunun şəxsi obyektidir?!

21:27 19-02-2021 351

Şahbuz rayonunda istifadəyə verilmiş Ağbulaq Xizək Mərkəzi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbova məxsusdur.
Yeniavaz.com
 xəbər verir ki, bunu, jurnalist Cavanşir Həsənli özünün feysbuk səhifəsində yazıb. O bildirib ki, xizək mərkəzi 2018-ci ildən təməli atılan və tikintisinə Muxtar Respublikanın büdcə vəsaitlərinin cəlb olunduğu mərkəz Vasif Talıbovun oğlu Seymur Talıbovun sahibi olduğu “Nəxşicahan” Holdinq LTD şirkətlər qrupunun “Ağbulaq istirahət mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. 

Seymur Talıbovun 35 yaşı var, sahibi olduğu tək "NƏXŞİCAHAN" qrupuna 35-dən artıq şirkət daxildir, Muxtar Respublikadakı az qala bütün otel müəssisələri, restoran və kafelər, istirahət və əyləncə obyektləri, yanacaqdoldurma stansiyaları, ticarət, sənaye obyektləri və tibb klinikaları bu qrupa daxildir.  

Seymur Talıbov eyni zamanda Naxçıvan MR-nın Ali Məclisinin üzvü, Naxçıvan dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentidir. 






 

P.S. Qarşı tərəf kimi adları çəkilən şəxslərində münasibətin ictimailəşdirməyə hazırıq.