Qorxmaz Hüseynova Türkanda 15 hektar torpaq satan 2 şəxs həbsdədir?!

21:37 19-02-2021 351

Türkan qəsəbəsində “Azərsu” prezidenti Qorxmaz Hüseynova məxsus olduğu iddia edilən dəbdəbəli villa ilə bağlı yeni məluamtalr üzə çıxıb. Redaksiyamıza verilən məlumata görə həmin villanın yerləşdiyi ərazi təqdim edildiyi kimi 5 hektar deyil, 15 hektardır.

Kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Abşeron rayonun balansında olmaqla əkinə yararlı sahədir. Həmin sahə bu gün torpaq maxinasiyaların görə həbsdə olan Türkan icra nümayəndəsi Rahil Babayev və Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov tərəfindən 2010-cu ildə sənədlər saxtalaşdırılmaqla Qorxmaz Hüseynova satılıb. 

Daşqın Nəsirov da, Rahil Babayev də hazırda Baş Prokuroluğun Ağır Cinayətlərin İstintaqı Baş İdarəsində istintaqa cəlb edilib. Onlar “Türkan bulvarı”nın olduğu ərazinin oliqarx-biznesmenlərə satılması cinayələrinə görə həbsdədirlər. 

Babayevlə Nəsirovdan Qorxmaz Hüseynova satdıqları torpaq sahəsi ilə əlaqəli suallar verilib-verilmədiyi hələ ki, bəlli deyil.

turkan villa

Bəzi məlumatlara görə Qorxmaz Hüseynov torpağı 5 milyon 500 min manata, digər məlumatlara görə isə 7 milyon 500 min manata satıb alıb. Ona Abşeron Rayon İcra Hakimyyəti adından 99 illik müqavilə verilib. Həmin müqaviləyə görə Qorxmaz Hüseynov 99 illiyinə icarəyə götürdüyü torpaq sahəsi dəniz kənarından 200 metr aralıda olmalıdır.

Müaviləyə görə ərazidə daşınar və ölçüləri elə də böyük olmayan tikililər tikməyə, ancaq və ancaq əkin-biçinlə məşğul olmağa icazə verilir. Lakin torpağı müqavilədə nəzərdə tutulandan 200 metr dəniz sahilinə qədər sürüşdürüb Qorxmaz Hüseynovun ixtiyarına veriblər. “Azərsu” sədri də müqavilə şərtlərində kənara çıxıb, Nazirlər Kabineti torpağın təyinatı dəyişməsə də, orada saraylar tikilib. 

qorxmaz

Bu gün bostan olmalı ərazidə Qorxmaz Hüseynovun inşa etdirdiyi hündür hasarların arasındakı saraylar var. Şəxsi çimərliyi olan malikanədə yaxtalar üçün liman da mövcuddur. İri hovuzun olduğu villada xeyli sayda zeytun ağacları və futbol meydançası da var. Heç kimdən Qorxmaz Hüseynov həm bu villada, həm də Nərimanov rayonundakı villasında Yaponiyadan gətirdiyi itlər saxlayır, onlara hətta öyrədici müəllim də tutub.

Qorxmaz Hüseynov bunca sərvəti haradan əldə edib? 

Bu suala istintaq cavab verməlidir. Qanunla vəzifəli şəxsin, bu halda Qorxmaz Hüseynovun “Azərsu” ASC sədri olaraq qohum-qardaşını işə götürməsi korruspiyadır. Əgər belə faktlar varsa, ya Qorxmaz Hüseynov, ya da onun qohumları tutduqları vəzifədən könüllü şəkildə getməlidirlər. Belə faktlar isə bir deyil, iki deyil. 

Yayılan siyahıya nəzər salaq.

- Qorxmaz Hüseynovun xalası oğlu Mahmud Qəniyev Nizami Rayon Sukanal İdarəsinin rəisidir.

- Qaynı Malik Cəbrayılov xaricdən gətirilən metal borular və "Azərsu"nun təchizat işləri hesabına biznesini böyüdür. O həmçinin kvarts qumunun da monopolistidir.

- Bacısı oğlu Şahlar İsmayıl oğlu İsmayılov “Azərsu” ASC-nin xarici layihələr şöbəsinin müdür müavinidir.

- Qardaşı Məhəmməd Cavanşir oğlu Hüseynov "Sənaye Tikinti-M” MMC və "Baba Dağ" MMC təsisçisidir.

- Qorxmaz Hüseynovun qardaşı oğlu Eyvaz Məhəmməd oğlu Hüseynov “Azərsu” ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinin rəisidir.

- Qorxmaz Hüseynovun qardaşı oğlu Ayaz Məhəmməd oğlu Hüseynov atasının tikinti şirkəti sayəsində milyonluq layihələrlə məşğul olur.

- Digər qohumu Xürrəm Hüseynov isə “Azərsu” ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisidir.

- Qorxmaz Hüseynovun yaxın qohumu Zamin Həsənov "Azərsu ASC"nin baş mühasibidir.

Qorxmaz Hüseynovla bağlı siyahı daha genişdir və korrupsiya ittihamlarının araşdırılması zərurəti də ortalıqdadır.

P.S. Qarşı tərəf kimi adları çəkilən şəxslərində münasibətin ictimailəşdirməyə hazırıq.

 milletinsesi.info