Azərbaycan və Türkiyə arasında peşə təhsili sahəsində əməkdaşlığa dair protokol imzalanıb

10:53 20-02-2021 324

Azərbaycan və Türkiyənin təhsil nazirləri Emin Əmrullayevlə Ziya Səlcuk arasında protokol imzalanıb. 

Bu barədə Təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində paylaşım edib. 

“Bu gün Ankarada Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının vitse-prezidenti cənab Fuat Oktayın iştirakı ilə İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası çərçivəsində iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığı özündə ehtiva edən Protokolu həmkarım milli təhsil naziri Ziya Səlcukla imzaladıq. Göstərdiyi xüsusi diqqətə görə Ziya bəyə minnətdarlığımı bildirirəm”, - deyə nazir qeyd edib.