Təbrizdə Azərbaycan dilində lüğətin təqdimatı keçiriləcək

10:59 20-02-2021 252

“Təbrizdə Azərbaycan dilində çap edilən lüğətin təqdimat mərasimini keçirəcəm”.

Bu sözləri “Xalxalım” qəzetinə müsahibəsində Azərbaycan dilində lüğətlər toplusunun müəllifi Əhəd Beyute bildirib. 

Ə.Beyute qeyd edib ki, Azərbaycan dili lüğətinin birinci cildi yalnız “A” hərfinə şamil edilir: 

“Lüğətin digər cildlərində “A” hərfinə aid sözlər və digər hərflər də yazılır. Bütün lüğəti ən qısa müddətdə hazır vəziyyətə gətirmək üçün əlimizdən gələni edəcəyik”. 

Müəllif əlavə edib ki, bu lüğəti yazmaq üçün bir çox mənbələrdən istifadə edib:

“Kitabxana materiallarından əlavə Azərbaycan vilayətlərinin bir çox kəndlərini və köçərilərin yaşadıqları yerləri gəzdim, həmin bölgələrin ağsaqqalları ilə söhbət etdim, dilin incəliklərinə vardım. Lüğətdəki sözlər yalnız Azərbaycan dilində istifadə edilən sözlərdən tərtib edilib. Daha sonra professorların təsdiqi və universitet müəllimlərinin rəyi ilə həmin sözlər dəqiqləşdirilib”.