Baş qoyaram ayaq qoyduğun yerə
Baş qoyaram ayaq qoyduğunyerə
İzlərinə qurban olum ay ana.
Sevgi ilə gözlərimə dikilən
Gözlərinə qurban olum ay ana
Hər gün məni xoş əhvalla dindirən
Gah ağladan ..gah da qəlbdən güldürən.
Gülüşüylə qəlbimi sevindirən
Sözlərinə qurban olum ay ana .
Taqətinə tükənməzdi deyilən,
Bu səbəbdın tərif ilə öyülən,
Tək Tanrının qarşısında əyilən,
Dizlərinə qurban olum ay ana..
Sən ey mənə həyat bəxş edən qadın..
Bəzən sevdin məni..bəzən danladın
Səhv etsəm də düzə yozdun..anladın
Düzlərinə qurban olum ay ana
Sən atamın bizə yadigarısan
Ömrüm də fədadır yolunda ..inan
Balaların üçün sinəndə yanan
Közlərinə qurban olum ay Ana
Niyyət edib, tutduğun hər addımın
Məqsəd bilib, çatdığın hər addımın
Birinə yox..atdığın hər addımın
Yüzlərinə qurban olum ay ana.
Muəllif;MƏLƏK ƏLİQIZI