Ceyhun Bayramov Türkiyəyə gedir
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun bu ilin 23 fevral tarixində Ankarada keçiriləcək Azərbaycan - Türkiyə - Türkmənistan XİN rəhbərlərinin üçtərəfli görüşündə iştirak etmək üçün Ankaraya işgüzar səfəri nəzərdə tutulur.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.