Ceyhun Bayramov İtaliya səfirinin öldürülməsindən kədərləndiyini bildirib

18:26 22-02-2021 216

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov İtaliyanın Konqo Demokratik Respublikasındakı səfiri Luka Attanasionun öldürülməsinə münasibət bildirib.

C.Bayramov özünün “Twitter” hesabında yazıb ki, səfirin öldürülməsindən kədərlənir.

Qeyd edək ki, səfir Konqoda BMT konvoyuna edilən hücum nəticəsində öldürülüb.