ƏLVİDA!

20:32 22-02-2021 1404

 

Başım daşdan daşa dəydi sayəndə
Nəyin nə olduğun bildim...Əlvida
Səninçün döyünmür daha bu ürək
Səni həyatımdan sildim..Əlvida


Adın həkk olmuşdu ürəyə..qana
Dünya bır yanaydı..sən də bir yana
Elə düşünürdüm mən bu cahana
Səni sevmək üçün gəldim..Əlvida


Sanırdım ən doğma kəsimdin mənim
Sevincdən haykıran səsimdin mənim
Heç nə istəmirdim..bəsimdin menim
Boş yerə sevindim, güldüm..Əlvida


Görünür bu yolda olmuşam naşı
Boş yerə axirmiş gözümün yaşı
Bitirdim həyatla daha savaşı
Onun hər üzünü gördüm. Əlvida


İndi kədər tüğyan edir  başımda
İllər su tək axır..keçir yaşım daa
Bir gün ölüb getsəm qoy baş daşımda
Yazılsın.."Mən nakam öldüm."--.Əlvida!!


Müəllif; Mələk Əliqızı