Masazır dairəsi hər səhər vəzifəli şəxs keçdiyi üçün bağlanır? –DYP-dən AÇIQLAMA

13:04 23-02-2021 306

Apşeron rayon Masazır qəsəbəsinin sakinləri son bir ay ərzində səhər saatlarında Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsinin nəqliyyat vasitələri üçün balandığını iddia edirlər.
Bu barədə saytımıza məlumat verən sakinlər, yüksək vəzifəli məmurlardan birinin Bakı-Sumqayıt yolundan istifadə etdiyi üçün Masazır dairəsinin Dövlət Yol Polisi əməkdaşları tərəfindən bağlandığını iddia edirlər. Onlar bildirirlər ki, normalda bu proses 10-15 dəqiqə çəkirdisə, bu gün 30-40 dəqiqə çəkib.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bildirib ki, bu addım, yaranabiləcək sıxlığı tənzimləmək üçün atılır:
“Ola bilsin o küçədə nəqliyyat vasitəsi çox olur. Ola bilsin həmin çıxış olan yerdə boşluq var, amma qarşıda sıxlıq var. Bu ancaq hərəkətin nizamlanması üçündür. Ola bilər ki, həmin çıxış yerində vətəndaşlar baxıb görürlər ki, boşluqdur, amma qarşı tərəfdə çox böyük sıxlıq var. Və buradan da nəqliyyat vasitələri buraxılanda, gəlib oraya çatan zaman sıxlıq daha da artır . Polis əməkdaşları buna görə yolu nizamlayırlar, bu tərəfdən gələn nəqliyyat vasitələrinin qarşısını kəsirlər, orada boşluq yaranandan sonra buraxırlar”.
N. Piriyev yolun hər hansı vəzifəli şəxs keçdiyi üçün bağlanması iddiasın