Şəhidimizlə vida mərasimi başladı - FOTO

15:30 23-02-2021 216

44 günlük Vətən müharibəsində itkin düşən və dünən şəhidlik xəbəri gələn Rajapov Əmrah XXX ilə vida mərasimi başlayıb. 

Xəbər verir ki, şəhidimiz doğulduğu Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn ediləcək. 

Vida mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, polis və prokurorluq orqanlarının əməkdaşları, şəhidimizin yaxınları iştirak edir.

Qeyd edək ki, şəhidimiz 2000-ci ildə Gəncədə doğulub. Atasını kiçik yaşlarından itirən Əmrah, sonradan anası tərəfindən uşaq evinə verilib. Orta məktəbdən məzun olduqdan sonra da, ona dövlət tərəfindən Masazır məzunlar evindən mənzil hədiyyə olunub. 2019-cu ilin oktyabrında isə hərbi xidmətə yollanıb.

Əmrah Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Məlumata görə, o, oktyabrın 8-də şəhidlik zirvəsinə ucalıb.