Vilayət Eyvazov Gəncə polisinin rəisinə birinci müavin təyin etdi

20:29 23-02-2021 198

Daxili işlər orqanlarında yeni təyinat olub.

Oxu.az-ın məlumatına görə, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Niyaməddin Qasımov Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin birinci müavini vəzifəsinə təyin edilib.

N.Qasımov bu təyinata qədər Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) əməliyyat işi üzrə rəis vəzifəsində çalışıb.

Qeyd edək ki, Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin birinci müavini, polis polkovnik-leytenantı Çingiz Aslanov vəzifəsindən azad olunaraq Balakən Rayon Polis Şöbəsinin rəisi təyin edilib.